Bank Of Baku

ABŞ bu il üçün "Brent" neftinin qiymət proqnozunu azaldıb

ABŞ bu il üçün "Brent" neftinin qiymət proqnozunu azaldıb
# 13 aprel 2022 09:38 (UTC +04:00)

ABŞ Energetika Nazirliyi 2022-ci ildə "Brent" markalı etalon neftin qiyməti ilə bağlı proqnozu 105,22 dollardan 103,37 dollaradək endirib.

"APA-Economics"in ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatına istinadən verdiyi xəbərə görə, 2022-ci ilin II rübündə neftin orta qiyməti bir barel üçün 108 dollar, ilin ikinci yarısında isə 102 dollar səviyyəsində olacaq. 2023-cü ildə neftin qiyməti 92,57 dollaradək enə bilər (öncəki proqnoz – 88,98 dollar).

Bununla yanaşı, EIA bu qiymət proqnozunun “yüksək dərəcədə qeyri-müəyyən” olduğunu vurğulayır. Neft qiymətləri Rusiyaya qarşı sanksiyaların onun hasilat səviyyəsinə və Rusiya neftinin dünya bazarına tədarük həcminə necə təsir edəcəyindən asılıdır, ABŞ Energetika Nazirliyi izah edir.

Hesabata əsasən, WTI markalı xam neftin bir barelinin orta qiyməti 2022-ci ildə 97,96 dollar (öncəki proqnoz – 101,17 dollar), 2023-cü ildə isə 88,57 dollar (öncəki proqnoz – 84,98 dollar) səviyyəsində olacağı ehtimal olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR