Bank Of Baku

ABŞ bu il üçün neftin qiyməti üzrə proqnozunu azaldıb

ABŞ bu il üçün neftin qiyməti üzrə proqnozunu azaldıb
# 12 iyul 2023 10:17 (UTC +04:00)

ABŞ Energetika Nazirliyi 2023-cü ildə "Brent" markalı etalon neftin orta qiyməti ilə bağlı proqnozunu 79,54 dollardan 79,34 dollaradək endirib.

"APA-Economics"in ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatına istinadən verdiyi xəbərə görə, 2024-cü ildə neftin qiyməti 83,51 dollar təşkil edə bilər (proqnoz dəyişməyib).

Hesabata əsasən, WTI markalı xam neftin bir barelinin orta qiymətinin 2023-cü ildə 74,43 dollar (öncəki proqnoz – 74,6 dollar), 2024-cü ildə isə 78,51 dollar (proqnoz dəyişməyib) səviyyəsində olacağı ehtimal olunur.

Qeyd olunur ki, ötən il "Brent"in ortalama qiyməti 100,94 dollar, WTI-ın isə 94,91 dollar təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR