ABŞ Energetika Nazirliyi cari il üçün ölkədə orta neft hasilatı proqnozunu bir qədər aşağı salıb, 2024-cü il üçün isə artırıb.
Bu barədə "APA-Economics" ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatına istinadən xəbər verir.
Energetika Nazirliyi cari il üçün ölkədə gündəlik neft hasilatı üzrə proqnozu 20 min barel azaldaraq, 12,9 mln. barelə endirib, 2024-cü il üçün isə 30 min barel artıraraq 13,15 mln. barelə yüksəldib.
Məlumata görə, ötən il ABŞ-da gündəlik neft hasilatı 11,91 mln. barel səviyyəsində olub.