ABŞ-da kommersiya neft ehtiyatları 440 mln. bareli ötüb

ABŞ-da kommersiya neft ehtiyatları 440 mln. bareli ötüb
# 15 may 2025 09:51 (UTC +04:00)

ABŞ-da kommersiya neft ehtiyatları dörd həftəlik artımdan sonra 3 454 min barel artıb və 441 830 min barel təşkil edib.

"APA-Economics"in məlumatına görə, bu barədə ABŞ-in Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilib.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-nin kommersiya neft ehtiyatlarının 2 000 min barel azalacağını proqnozlaşdırırdı.

Qeyd edək ki, ABŞ-in neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR