Bank Of Baku

ABŞ-da kömürün qiyməti 13 illik maksimuma çatıb

ABŞ-da kömürün qiyməti 13 illik maksimuma çatıb
# 05 aprel 2022 17:17 (UTC +04:00)

ABŞ-da kömür qiymətləri 2008-ci ildən bəri ilk dəfə bir ton üçün 100 ABŞ dollarını ötüb.

"APA-Economics"in "Bloomberg"ə istinadən verdiyi məlumata görə, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi idxalçıları 2020-ci ildə dünya ixracının 18%-ni təşkil edən Rusiya kömürünün əvəzini axtarmağa məcbur edib.

Qeyd edilir ki, Mərkəzi Appalaç dağlarında hasil olunan kömürünün qiyməti keçən həftə 9% artaraq bir ton üçün 106,15 dollara qədər bahalaşıb. Bu, 2008-ci ilin sonundan bəri qeydə alınan ən yüksək göstəricidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR