Bank Of Baku

ABŞ-də kommersiya neft ehtiyatları 430 mln. bareli ötüb

ABŞ-də kommersiya neft ehtiyatları 430 mln. bareli ötüb
# 21 fevral 2025 09:36 (UTC +04:00)

ABŞ-də kommersiya neft ehtiyatları 4 633 min barel artaraq 432 493 min barel təşkil edib.

"APA-Economics"in məlumatına görə, bu barədə ABŞ-nin Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilib.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-nin kommersiya neft ehtiyatlarının 3 200 min barel artacağını proqnozlaşdırırdı.

Qeyd edək ki, ABŞ-nin neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR