Bank Of Baku

ABŞ dünyanın ən böyük LNG ixracatçısı adını qoruyub

ABŞ dünyanın ən böyük LNG ixracatçısı adını qoruyub
# 02 fevral 2022 12:57 (UTC +04:00)

Ardıcıl olaraq ikinci aydır ki, ABŞ mayeləşdirilmiş təbii qazın (LNG) ixracına görə dünyada birinci yerdədir, ikinci yerdə Qətər qərarlaşıb.

APA-Economics”in məlumatına görə, bu barədə “Bloomberg” öz gəmi izləmə məlumatlarına istinadən xəbər verir.

Qeyd olunur ki, ABŞ-ın LNG ixracı yanvar ayında rekord həddə yüksələrək 7,3 mln. tona çatıb və dekabr ayından bəri ikinci dəfədir ki, Qətəri geridə qoyaraq mayeləşdirilmiş təbii qazın ixracı üzrə liderliyi qoruyub.

Avropa yanvar ayında ABŞ-ın LNG-nin əsas ixrac istiqamətinə çevrilib. Vurğulanır ki, Avropada Rusiya və Ukrayna arasında gərginlik, eləcə də yeraltı anbarlardakı ehtiyatların az olması səbəbindən qazın qiyməti yüksək olaraq qalır.

Belə ki, yanvarda ABŞ istehsalçıları tərəfindən ixrac edilən mayeləşdirilmiş təbii qazın 101 partiyasının üçdə birindən çoxu Avropa limanlarına çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR