ABŞ 2022-ci ildə dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz (LNG) ixracatçısı ola bilər.
"APA-Economics"in xəbərinə görə, bu barədə "Shell" konserninin LNG bazarlarının inkişafı üzrə illik proqnozunda deyilir.
Hesabata görə, 2021-ci ildə ABŞ qaz nəqlini 24 mln. ton artırıb.
Vurğulanır ki, ötən il ötən il dünyada LNG tələbatında ən böyük artım Çin və Cənubi Koreyada müşahidə olunub. Təkcə Çin 2021-ci ildə maye qaz idxalını 12 mln. ton artıraraq 79 mln. tona çatdırıb və Yaponiyanı ötərək dünyada ən böyük LNG idxalçısına çevrilib.
Qeyd edək ki, 2021-ci ilin nəticələrinə görə, ABŞ dünyada LNG ixracı üzrə Avstraliya və Qətərdən sonra üçün yerdə qərarlaşıb.