Bank Of Baku

ABŞ enerji bazarlarındakı vəziyyətin qlobal böhrana çevrilə biləcəyini istisna etmir

ABŞ enerji bazarlarındakı vəziyyətin qlobal böhrana çevrilə biləcəyini istisna etmir
# 29 oktyabr 2021 17:43 (UTC +04:00)

Beynəlxalq enerji bazarlarında mövcud olan əlverişsiz vəziyyət qlobal böhrana çevrilə bilər.

"APA-Economics"in məlumatına görə, bu xəbərdarlıqla ABŞ Dövlət Departamentinin enerji təhlükəsizliyi üzrə baş məsləhətçisi Amos Hokstin çıxış edib.

"Bu, həqiqətən enerji böhranının başlanması üçün kritik bir məqamdır. Biz bunun real böhrana, qışın başlaması ilə davam edən qlobal böhrana çevrilə biləcəyindən narahatıq", - Dövlət Departamentinin rəsmisi Vaşinqtonda Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzdə keçirilən seminarda çıxış edərkən deyib.

"Hesab edirəm, vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün biz hamımız dünyadakı bütün müttəfiqlərimizlə bu məsələnin həlli istiqamətində çalışmalıyıq", - diplomat əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR