Bank Of Baku

ABŞ gələn ay əsas istehsalat sahələrində neft hasilatını artıracaq

ABŞ gələn ay əsas istehsalat sahələrində neft hasilatını artıracaq
# 14 fevral 2023 09:36 (UTC +04:00)

ABŞ Energetika Nazirliyinin proqnozlarına görə, cari ilin martında fevral ayı ilə müqayisədə ölkədə əsas istehsalat sahələrində (hasilatın əsas hissəsi şist neftinin payına düşür – red.) neft hasilatı artacaq.

"APA-Economics"in ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasına (EIA) istinadən verdiyi məlumata görə, gələn ay ən iri yataqlarda ortalama gündəlik neft hasilatı 75 min barel və ya 0,8% artaraq, 9,357 mln. barelə çatacaq.

Məlumata görə, hasilat üzrə artım əsasən "Permian", "Eagle Ford", "Bakken", "Anadarko", "Appalachia” və "Niobrara" yataqlarının payına düşəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR