Paşha Bank
Bank Of Baku

ABŞ gələn il üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu artırıb

ABŞ gələn il üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu artırıb
# 07 oktyabr 2026 09:16 (UTC +04:00)

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) Azərbaycanda 2026-2027-cı illər üçün orta hesabla gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu yeniləyib.

"APA-Economics"in EIA-nın aylıq hesabatına istinadən verdiyi məlumata görə, 2027-ci ildə ölkədə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 530 min barel səviyyəsində olacaq (öncəki proqnoz - 520 min barel).

EIA-nın ehtimalına görə, 2026-cı ildə ölkədə gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 550 min barel təşkil edəcək (proqnoz dəyişməyib).

Hesabata əsasən, Azərbaycanda qeyd olunan göstərici 2025-ci ildə 570 min barel təşkil edib. 2024-cü ildə Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 600 min barel olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR