Bank Of Baku

ABŞ gələn il üçün neftin qiyməti üzrə proqnozunu artırıb

ABŞ gələn il üçün neftin qiyməti üzrə proqnozunu artırıb
# 12 mart 2025 10:13 (UTC +04:00)

ABŞ Energetika Nazirliyi 2025-ci ildə "Brent" markalı etalon neftin orta qiyməti ilə bağlı proqnozunu 74,5 ABŞ dollarından 74,22 dollaradək azaldıb.

"APA-Economics"in ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatına istinadən verdiyi xəbərə görə, 2025-ci ildə WTI markalı neftin qiymətinin 70,68 dollar (öncəki proqnoz – 70,62 dollar) səviyyəsində olacağı ehtimal olunur.

Bununla yanaşı EIA 2026-cı il üçün qeyd olunan neft markalarının orta qiymətləri üzrə proqnozunu yeniləyib. Belə ki, qurumun ehtimalına görə, gələn il “Brent”ın bir barelinin orta qiyməti 68,47 dollar (öncəki proqnoz – 66,46), WTI-ın isə 64,97 dollar (öncəki proqnoz – 62,46) olacaq.

Qeyd olunur ki, 2024-cü ildə “Brent” və WTI markalı neftin qiyməti müvafiq olaraq 80,56 dollar və 76,6 dollar təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR