ABŞ-ın kommersiya neft ehtiyatları 437 mln. bareldən aşağı enib

ABŞ-ın kommersiya neft ehtiyatları 437 mln. bareldən aşağı enib
# 29 dekabr 2023 09:25 (UTC +04:00)

Ötən həftənin yekunlarına görə, ABŞ-da kommersiya neft ehtiyatları 7 114 min barel azalaraq 436 568 min barel təşkil edib.

"APA-Economics"in məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilir.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 2 704 min barel azalacağını proqnozlaşdırırdı.

ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR