Bank Of Baku

ABŞ-ın kommersiya neft ehtiyatları 445 mln. barelədək enib

ABŞ-ın kommersiya neft ehtiyatları 445 mln. barelədək enib
# 11 iyul 2024 09:43 (UTC +04:00)

Ötən həftənin yekunlarına görə, ABŞ-da kommersiya neft ehtiyatları 3 443 min barel azalaraq 445 096 min barel təşkil edib.

"APA-Economics"in məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilib.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 700 min barel artacağını proqnozlaşdırırdı.

ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR