Bank Of Baku

ABŞ-ın kommersiya neft ehtiyatları artıb

ABŞ-ın kommersiya neft ehtiyatları artıb
# 15 oktyabr 2021 09:50 (UTC +04:00)

Ötən həftənin yekunlarına görə, ABŞ-ın kommersiya nefti ehtiyatları 6 088 min barel artaraq 426 975 min barel təşkil edib.

"APA-Economics"in məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilir.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 702 min barel artacağını proqnozlaşdırırdı.

Qeyd edək ki, ABŞ-ın kommersiya neft ehtiyatları yeddi həftəlik azalmadan sonra üçüncü həftədir artır.

ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR