Ötən həftənin yekunlarına görə, ABŞ-ın kommersiya neft ehtiyatları 6 083 min barel azalaraq, təxminən 459 885 min barel təşkil edib.
"APA-Economics"in Amerika Neft İnstitutunun (API) proqnozlarına istinadən verdiyi məlumata görə, analitiklər də ABŞ-ın kommersiya neft ehtiyatlarının 1 667 min barel azalacağını proqnozlaşdırıb.
Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.