Ötən həftənin yekunlarına görə, ABŞ-ın kommersiya neft ehtiyatları 11 900 min barel artaraq, təxminən 433 793 min barel təşkil edib.
"APA-Economics"in Amerika Neft İnstitutunun (API) proqnozlarına istinadən verdiyi məlumata görə, analitiklər isə ABŞ-ın kommersiya neft ehtiyatlarının 300 min barel azalacağını proqnozlaşdırıb.
Xatırladaq ki, ABŞ-nin neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.