Bank Of Baku

ABŞ-ın kommersiya neft ehtiyatları yenidən artıb

ABŞ-ın kommersiya neft ehtiyatları yenidən artıb
# 27 oktyabr 2022 13:19 (UTC +04:00)

Ötən həftənin yekunlarına görə, ABŞ-da neftin kommersiya ehtiyatları 2 588 min barel artaraq, 439 946 min barel təşkil edib.

"APA-Economics"in məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilir.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 1 029 min barel artacağını proqnozlaşdırırdı.

ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR