Ötən həftənin yekunlarına görə, ABŞ-ın kommersiya neft ehtiyatları 1 077 min barel azalaraq təxminən 416 773 mln. barel təşkil edib.
"APA-Economics"in Amerika Neft İnstitutunun (API) proqnozlarına istinadən verdiyi məlumata görə, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 1 950 min barel azalacağını proqnozlaşdırır.
Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.