Ötən həftənin yekunlarına görə (21-27 sentyabr), ABŞ-ın neft ehtiyatları 3,1 mln. barel artaraq 422,64 mln. barel təşkil edib.
"APA-Economics"in məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA) dərc etdiyi hesabatda bildirilir.
Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın neft ehtiyatlarının 2,41 mln. barel artacağını proqnozlaşdırırdı.