Ötən həftənin yekunlarına görə (1-5 iyul), ABŞ-da neft ehtiyatları 9,5 mln. barel azalaraq 458,99 mln. barel təşkil edib.
"APA-Economics"in məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA) dərc etdiyi hesabatda bildirilir.
Qeyd edək ki, daha əvvəl ABŞ-ın neft ehtiyatlarının 3,08 mln. barel azalmasını proqnozlaşdırılırdı.