Bank Of Baku

ABŞ-ın neft ehtiyatları dördüncü həftədir azalır - PROQNOZ

ABŞ-ın neft ehtiyatları dördüncü həftədir azalır - PROQNOZ
# 18 avqust 2021 10:11 (UTC +04:00)

Amerika Neft İnstitutunun (API) proqnozlarına görə, ABŞ-da kommersiya neft ehtiyatları azalıb.

"APA-Economics"in API-nin proqnozlarına istinadən verdiyi məlumata görə, ötən həftə ABŞ-ın neft ehtiyatları 1 163 min barel azalaraq təqribən 437 614 min barel təşkil edib.

Qeyd edək ki, analitiklər ABŞ neft ehtiyatlarının 1 259 min barel azalacağını gözləyirdi.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR