ABŞ daxili və qlobal tələbatı ödəmək məqsədi ilə neft hasilatını artıracaq.
“APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Dubayda təşkil olunan Qlobal Enerji Forumunda çıxış edən ABŞ-ın enerji təhlükəsizliyi üzrə Dövlət Departamentinin baş müşaviri Amos Hokstin deyib.
"ABŞ istehsalın artırılması və daxili və qlobal bazarlarda kifayət qədər təchizatı təmin etmək planına sadiqdir", - A. Hokstin qeyd edib.
Onun fikrincə, heç bir şübhə yoxdur ki, neftin hazırkı qiymətləri və dünyada baş verən hadisələr fonunda neft sənayesinə investisiyalar artacaq və neft hasilatı yüksələcək.
"Biz təkcə ABŞ-da hasilatın 900 min - 1 mln. barel artacağını gözləyirik", - A. Hokstin vurğulayıb.