Bank Of Baku

ABŞ neft hasilatını artıracaq - PROQNOZ

ABŞ neft hasilatını artıracaq - PROQNOZ
# 09 mart 2022 15:24 (UTC +04:00)

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) ölkədə 2022-2023-cü illər üçün ortalama gündəlik neft hasilatı üzrə proqnozunu yüksəldib.

"APA-Economics" EIA-in aylıq hesabatına istinadən verdiyi xəbərə görə, gələn il ABŞ-da ortalama gündəlik neft hasilatı 12,99 mln. barel olacağı ehtimal olunur, bu da öncəki proqnoz göstəricisindən 0,39 mln. barel çoxdur.

Hesabata əsasən, cari il ABŞ da gündəlik neft hasilatının 12,03 mln. barel olacağı gözlənilir. Ötən proqnoza görə, bu göstəricinin 11,97 mln. barel təşkil edəcəyi ehtimal olunurdu.

Qeyd olunur ki, ötən il ABŞ-da gündəlik neft hasilatı 11,18 mln. barel təşkil edib.

Xatırladaq ki, EIA-in hesablamalarına görə, 2020 ildə ABŞ-da ortalama gündəlik neft hasilatı 11,28 mln. barel olub. 2019-cu ildə isə bu göstərici 12,25 mln. barel təşkil edib.

EIA məlumatlarını nəzərə alaraq, belə bir qənaətə gəlmək olar ki, ABŞ neft hasilatı üzrə koronavirus infeksiyası pandemiyadan əvvəlki səviyyəni 2023-cü ildə ötəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR