ABŞ Energetika Nazirliyi 2024-cü ildə "Brent" etalon markalı neftin orta qiyməti ilə bağlı proqnozunu 84,44 ABŞ dollarından 82,8 dollaradək endirib.
"APA-Economics"in ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatına istinadən verdiyi xəbərə görə, 2025-ci ildə “Brent” neftinin orta qiymətinin 84,09 dollar təşkil edəcəyi ehtimal olunur (öncəki proqnoz – 85,71 dollar).
Qeyd olunur ki, 2023-cü ildə “Brent”in orta qiyməti 82,41 dollar təşkil edib.
Hesabata əsasən, WTI (“West Texas Intermediate”) etalon markalı xam neftin bir barelinin orta qiyməti 2024-cü ildə 78,8 dollar (öncəki proqnoz göstərici – 80,21 dollar), 2025-ci ildə isə 79,63 dollar (öncəki proqnoz – 81,21 dollar) səviyyəsində olacaq.
Hesabatda vurğulanır ki, WTI markalı xam neftin bir barelinin orta qiyməti 2023-cü ildə 77,58 dollar təşkil edib.