Bank Of Baku

ABŞ neft qiymətləri üzrə proqnozunu yüksəldib

ABŞ neft qiymətləri üzrə proqnozunu yüksəldib
# 09 fevral 2022 09:37 (UTC +04:00)

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) 2022-2023-cü illər üçün neftin qiyməti üzrə proqnozunu yeniləyib.

"APA-Economics"in EIA-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, gələn il "Brent" markalı etalon neftinin bir barelinin qiymətinin 68,48 ABŞ dolları, WTI markalı neftin qiyməti isə 64,48 dollar təşkil edəcəyi ehtimal olunur. Bu, əvvəlki proqnoz göstəriciləri ilə müqayisədə müvafiq olaraq 0,98 dollar və 0,98 dollar çoxdur.

Qurumun hesablamalarına əsasən, 2022-ci ildə "Brent" neftinin ortalama qiyməti 82,87 Bu isə əvvəlki proqnozla müqayisədə 7,92 dollar çoxdur. Ehtimala görə, WTI markalı neftin ortalama qiyməti cari ildə 79,35 dollar səviyyəsində olacaq ki, bu da öncəki proqnozdan 8,03 dollar çoxdur.

Xatırladaq ki, ötən il "Brent"in ortalama qiyməti 70,89 dollar, WTI-ın isə 68,21 dollar təşkil edib. 2020-ci ildə "Brent"in və WTI-ın qiyməti müvafiq olaraq 41,69 və 39,17 dollar olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR