Bank Of Baku

ABŞ neftin qiyməti üzrə proqnozunu yüksəldib

ABŞ neftin qiyməti üzrə proqnozunu yüksəldib
# 12 oktyabr 2023 10:23 (UTC +04:00)

ABŞ Energetika Nazirliyi 2023-cü ildə "Brent" markalı etalon neftin orta qiyməti ilə bağlı proqnozunu 84,46 dollardan 84,09 dollaradək azaldıb.

"APA-Economics"in ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatına istinadən verdiyi xəbərə görə, 2024-cü ildə neftin qiyməti 94,91 dollar təşkil edə bilər (öncəki proqnoz – 88,22 dollar).

Hesabata əsasən, WTI markalı xam neftin bir barelinin orta qiymətinin 2023-cü ildə 79,59 dollar (öncəki proqnoz – 79,65 dollar), 2024-cü ildə isə 90,91 dollar (öncəki proqnoz – 83,22 dollar) səviyyəsində olacağı ehtimal olunur.

Qeyd olunur ki, ötən il "Brent"in ortalama qiyməti 100,94 dollar, WTI-ın isə 94,91 dollar təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR