ABŞ-ın bir sıra şist qazı şirkətlərinin rəhbərləri Avropa rəsmiləri ilə enerji daşıyıcılarının tədarükünün genişləndirilməsini müzakirə ediblər.
“APA-Economics”in “Reuters”a istinadən verdiyi məlumata görə, bu barədə agentliyi “LNG Allies” sahə assosiasiyasının rəhbəri Fred Hatçisona deyib.
Onun sözlərinə görə, Latviya və Estoniya nümayəndə heyətləri, həmçinin Bolqarıstan, Estoniya, Fransa, Almaniya, Macarıstan, Latviya və Böyük Britaniya diplomatları Texas ştatının Hyuston şəhərində şist qazı şirkətlərinin nümayəndələri ilə görüşüblər.
Bundan əlavə, Latviya, Estoniya və Slovakiyada özəl sektorun nümayəndələri ilə ayrı-ayrılıqda görüşlər nəzərdə tutulub.
"Avropada vəziyyət qeyri-sabitdir. Rusiya qazından asılı olan bütün bu ölkələr ondan imtina etmək istəyirlər, bəzi hallarda, tamamilə”, - F. Hatçison bildirib.
Qeyd edilir ki, mayeləşdirilmiş təbii qaz (LNG) üçün yeni güclərin tikintisi bir neçə il çəkəcək, lazımi həcmdə tədarükü bu onilliyin ortalarından tez həyata keçirmək mümkün olmayacaq.