Bank Of Baku

ABŞ qlobal neft qiymətləri üzrə proqnozunu artırıb

ABŞ qlobal neft qiymətləri üzrə proqnozunu artırıb
# 10 iyul 2024 10:04 (UTC +04:00)

ABŞ Energetika Nazirliyi 2024-cü ildə "Brent" markalı etalon neftin orta qiyməti ilə bağlı proqnozunu 84,15 ABŞ dollarından 86,37 dollaradək yüksəldib.

"APA-Economics"in ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatına istinadən verdiyi xəbərə görə, 2025-ci ildə “Brent” neftinin orta qiymətinin 88,38 dollar təşkil edəcəyi ehtimal olunur (öncəki proqnoz – 85,38 dollar).

Qeyd olunur ki, 2023-cü ildə “Brent”in orta qiyməti 82,41 dollar təşkil edib.

Hesabata əsasən, WTI markalı xam neftin bir barelinin orta qiyməti 2024-cü ildə 82,03 dollar (öncəki proqnoz göstərici – 79,7 dollar), 2025-ci ildə isə 83,88 dollar (öncəki proqnoz – 80,88 dollar) səviyyəsində olacaq.

Hesabatda vurğulanır ki, WTI markalı xam neftin bir barelinin orta qiyməti 2023-cü ildə 77,58 dollar təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR