Bank Of Baku

ABŞ qlobal neft tələbatı üzrə proqnozunu korrektə edib

ABŞ qlobal neft tələbatı üzrə proqnozunu korrektə edib
# 09 mart 2022 13:02 (UTC +04:00)

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) 2023-cü illər üçün maye karbohidrogenlərin gündəlik qlobal tələbatı üzrə proqnozunu yüksəldib.

"APA-Ecocomics" EIA-in aylıq hesabatına istinadən xəbər verir ki, gələn il üçün maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 102,55 mln. barel səviyyəsində olacaq, bu da əvvəlki proqnoz göstəricisi ilə müqayisədə 0,07 mln. barel çoxdur.

Hesabata əsasən, bu il maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 100,61 mln. barel səviyyəsində olacaq, bu da əvvəl ki proqnoz göstəriciyə bərabərdir.

Qeyd edək ki, 2021-ci ildə maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 97,47 mln. barel olub. 2020-ci ildə qlobal gündəlik istehlak 91,81 mln. barel təşkil edib, 2019-cu ildə isə bu göstərici 101,23 dollar səviyyəsində olub.

EIA məlumatlarını nəzərə alaraq, belə bir qənaətə gəlmək olar ki, maye karbohidrogenlərə olan tələbat pandemiyadan əvvəlki səviyyəni bu il deyil, gələn il ötəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR