ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) Rusiya üzrə 2022-ci il üçün ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu artırıb.
"APA-Economics" EIA-in aylıq hesabatına istinadən verdiyi xəbərə görə, gələn il Rusiyada ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 11,87 mln. barel olacağı ehtimal olunur, bu da ötən proqnoz göstəricisinə bərabərdir
Hesabata əsasən, cari il Rusiyada gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 11,57 mln. barel olacağı gözlənilir. Ötən proqnoza görə, bu göstərici 11,54 mln. barel təşkil edəcəyi ehtimal olunurdu.
Qeyd edək ki, ötən il Rusiyada gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 10,78 mln. barel təşkil edib. EIA-in hesablamalarına görə, 2020-ci ildə Rusiyada ortalama gündəlik neft hasilatı 10,5 mln. barel olub. 2019-cu ildə isə bu göstərici 11,49 mln. barel təşkil edib.
Beləliklə, EIA məlumatlarını nəzərə alaraq, belə bir qənaətə gəlmək olar ki, Rusiya neft hasilatı üzrə koronavirus infeksiyası pandemiyadan əvvəlki səviyyəni artıq bu il keçəcək.