Bank Of Baku

ABŞ Rusiyadan neft idxalını dayandıra bilər

ABŞ Rusiyadan neft idxalını dayandıra bilər
# 05 mart 2022 14:07 (UTC +04:00)

ABŞ administrasiyası Rusiya neftinin ölkəyə idxalının qadağan olunması imkanlarını nəzərdən keçir.

"APA-Economics" xəbər verir ki, bu barədə "Bloomberg" məlumatlı olan mənbələrə istinadən yazır.

Qeyd olunur ki, administrasiya daxilində və neft-qaz sənayesi ilə birlikdə bu cür addımın ABŞ istehlakçıları və qlobal təchizata təsiri məsələsi müzakirə olunur.

Ağ Ev belə bir tədbirin Rusiya iqtisadiyyatı üçün ağrılı olub-olmayacağını və ABŞ-da benzinin qiymətinin artmasına səbəb olub-olmayacağını təhlil edir.

Agentliyin məlumatına görə, Ağ Ev nümayəndəsi hələlik heç bir qərarın verilmədiyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR