Bank Of Baku

ABŞ strateji ehtiyatlarından yeddi şirkətə neft təhvil verəcək

ABŞ strateji ehtiyatlarından yeddi şirkətə neft təhvil verəcək
# 17 mart 2022 10:22 (UTC +04:00)

ABŞ hökuməti strateji ehtiyatından çıxarılan 30 mln. barel nefti ölkənin yeddi şirkətinə təhvil verəcək.

"APA-Economics"in verdiyi xəbərə görə, bu barədə ABŞ Energetika Nazirliyinin yaydığı bəyanatda deyilir.

Məlumata görə, ABŞ-ın strateji neft ehtiyatından satışa çıxarılan 30 mln. barelin hamısı üçün müqavilələr bağlanılıb.

Qeyd olunur ki, göstərilən neft həcmlərinə 13 şirkət maraq göstərib, lakin müqavilələr 7 şirkətə verilib, bunların arasında da "Atlantic Trading & Marketing" (1,05 mln. barel), "Chevron USA" (1,265 mln. barel), "Gunvor USA" (0,350 mln.n barel), "Marathon Petroleum Supply and Trading" (16,06 mln. barel), "Motiva Enterprises" (2,55 mln. barel), "Phillips 66 Company" (4,2 mln. barel), "Valero Marketing and Supply Company" (4,75 mln. barel) kimi şirkətlər var.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ Prezidenti Co Bayden Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar strateji ehtiyatdan 30 mln. barel neftin çıxarılması barədə göstəriş verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR