ABŞ və Azərbaycan arasında Yaşıl Enerji layihələrinin icrası müzakirə edilib

ABŞ və Azərbaycan arasında Yaşıl Enerji layihələrinin icrası müzakirə edilib
# 29 fevral 2024 16:12 (UTC +04:00)

Energetika naziri Pərviz Şahbazov ABŞ Dövlət Katibinin Enerji Resursları Bürosu üzrə köməkçisinin müavini Kimberly D. Harrington ilə görüşüb.

APA-Economics” xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsində paylaşım edib.

“Məşvərət Şurası ərəfəsində ABŞ Dövlət Katibinin Enerji Resursları Bürosu üzrə köməkçisinin müavini Kimberly D. Harrington ilə görüşdük. İki ölkə arasında enerji sahəsində əlaqələrin inkişafı, Cənub Qaz Dəhlizinin genişləndirilməsi Yaşıl Enerji layihələrinin icrası, həmçinin COP29 çərçivəsində əməkdaşlıq məsələrini müzakirə etdik” - deyə Pərviz Şahbazov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR