“Abşeron” yatağından indiyədək hasil olunan karbohidrogenlərin həcmi açıqlanıb

“Abşeron” yatağından indiyədək hasil olunan karbohidrogenlərin həcmi açıqlanıb
# 09 sentyabr 2024 12:15 (UTC +04:00)

Xəzərin Azərbaycan sektorunda yerləşən “Abşeron” qaz-kondensat yatağında hasilata başlanılandan bu günədək təqribən 1,8 mlrd. kubmetr qaz hasil olunub.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə yataqdan 700 min tona yaxın kondensant hasil edilib.

Qeyd olunur ki, “Abşeron” yatağının kəşfi 2011-ci ilin sentyabrın 9-da elan edilib. Yatağın ehtiyatları 350 milyard kubmetr qaz və 45 milyon ton kondensat həcmində qiymətləndirilir.

“Ötən ilin iyulunda İlkin Hasilat Sxemi (İHS) mərhələsi üzrə hasilata başlanılan yataqdan bu günədək təqribən 1,8 mlrd.kubmetr qaz və 700 min tona yaxın kondensant hasil edilib”, - məlumatda qeyd olunur.

Xatırladaq ki, “Abşeron” qaz-kondensat yatağı Cənubi Xəzər neftli-qazlı hövzəsinin Abşeron arxipelaqında, Bakı şəhərindən 85-100 km şərqə doğru dənizin təxminən 350-550 metr dərinliyində yerləşir. İlkin hesablamalara görə, “Abşeron” yatağının karbohidrogen ehtiyatları 350 milyard m³ qaz və 45 milyon ton kondensat təşkil edir. Yatağın işlənilməsini SOCAR və “TotalEnergies”ın birgə operatoru olan “JOCAP” şirkəti həyata keçirir.

04.08.2023-cü il tarixində “Abşeron” layihəsinə daha bir səhmdar – Abu Dabi Milli Neft Şirkəti (ADNOC) daxil oldu və beləliklə, SOCAR və “TotalEnergies” şirkətləri hərəsi 35%, ADNOC isə 30% səhmə malik olmaqla səhmdarların yeni pay bölgüsü formalaşdı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR