Bank Of Baku

ACE layihəsi çərçivəsində işlər 90% yerinə yetirilib

ACE layihəsi çərçivəsində işlər 90% yerinə yetirilib
# 27 iyul 2023 12:24 (UTC +04:00)

Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunda tikilən "Azəri Mərkəzi Şərqi” (ACE) platformasının tikintisi layihəsi çərçivəsində işlər 90% tamamlanıb.

APA-Economics” xəbər verir ki, bu barədə “BP Azerbaijan”ın “Twitter” hesabında paylaşım edilib.

““Azəri Mərkəzi Şərqi” layihəsi üzrə işlər plana uyğun irəliləməkdədir və bu işlərin təqribən 90%-i tamamlanıb”, - paylaşımda bildirilir.

Qeyd edək ki, son illər AÇG-də neft hasilatında təbii azalma müşahidə olunur. Yeni platformanın tikintisi də blokda hasilatın stabilləşməsi məqsədi daşıyır.

Yeni platformada ilk neftin çıxarılması gələn ilin əvvəlində gözlənilir. 6 milyard dollarlıq ACE layihəsi Xəzər dənizində nəhəng AÇG yatağının işlənməsinin növbəti mərhələsidir. Layihəyə yeni dəniz platforması və gündəlik 100 000 barelədək hasilat gücündə digər qurğular daxildir. Layihənin istismar müddəti ərzində ümumilikdə 300 mln. barelədək neft hasil olunacağı proqnozlaşdırılır.

Xatırladaq ki, AÇG-də pay bölgüsü bu nisbətdədir: BP – 30,37% (operator), AzACG (SOCAR) – 25%, MOL – 9,57%, "Inpex" – 9,31%, "Equinor" (keçmiş "Statoil") – 7,27%, "ExxonMobil" – 6,79%, TPAO – 5,73%, "Itochu" – 3,65% və "ONGC Videsh Ltd." (OVL) – 2,31%. Tərəflər arasında razılaşma 30 il müddətinə etibarlı olub (2024-ci ildə başa çatmalı idi). Buna baxmayaraq, 2017-ci il sentyabr ayının 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaş şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalayıblar. AÇG-nin 2050-ci ilə qədər inkişafını əhatə edən yeni müqavilə əsrin ortalarınadək blokun inkişaf potensialını əhəmiyyətli dərəcədə artırmağa imkan yaradacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR