Bank Of Baku

AÇG-də bu il 18 yeni quyu qazılacaq

AÇG-də bu il  18 yeni quyu qazılacaq
# 09 fevral 2024 09:54 (UTC +04:00)

Cari ildə Xəzərin Azərbaycan sektorunda yerləşən Azəri-Çiraq-Günəşli neft-qaz yataqları blokunda (AÇG) 18 quyunun qazılması planlaşdırılır.

"APA-Economics" xəbər verir ki, bunu Bakıda keçirilən Caspian Drilling konfransında BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda quyular üzrə vitse-prezidenti Cim Oliri (Jim O'Leary) bildirib.

Onun sözlərinə görə, bu il AÇG-də qazılacaq quyuların 12-i hasilat quyularının payına düşəcək.

BP nümayəndəsi onu da əlavə edib ki, ötən il AÇG-də 17 quyu qazılıb, bunun da 9-u hasilat quyusu olub. Digər qazılan quyular injektor və axtarış quyuları olub.

Xatırladaq ki, AÇG-də pay bölgüsü bu nisbətdədir: BP – 30,37% (operator), AzACG (SOCAR) – 25%, MOL – 9,57%, "Inpex" – 9,31%, "Equinor" (keçmiş "Statoil") – 7,27%, "ExxonMobil" – 6,79%, TPAO – 5,73%, "Itochu" – 3,65% və "ONGC Videsh Ltd." (OVL) – 2,31%. Tərəflər arasında razılaşma 30 il müddətinə etibarlı olub (2024-ci ildə başa çatmalı idi). Buna baxmayaraq, 2017-ci il sentyabr ayının 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaş şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalayıblar.

AÇG-nin 2050-ci ilə qədər inkişafını əhatə edən yeni müqavilə əsrin ortalarınadək blokun inkişaf potensialını əhəmiyyətli dərəcədə artırmağa imkan yaradacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR