Bank Of Baku

AÇG-dən indiyədək 568 mln. tondan çox neft çıxarılıb

AÇG-dən indiyədək 568 mln. tondan çox neft çıxarılıb
# 13 fevral 2023 12:44 (UTC +04:00)

Hesabat dövründə 2,1 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 2 milyon tonu konsorsiumun, 134 min tonu isə SOCAR-ın payına düşür.

“Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları istismara veriləndən 01 fevral 2023-cü il tarixinədək 609,1 mln. tondan çox neft (kondensatla birlikdə) hasil edilib.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə AÇG-dən 568,5 milyon ton neft, “Şahdəniz”dən isə 40,6 mln. ton kondensat çıxarılıb.

“Bundan 01 fevral 2023-cü il tarixinədək 607 mln. tondan çox ixraca nəql edilib”, - məlumatda qeyd olunur.

Qeyd olunur ki, 2023-cü ilin yanvar ayında ölkədə 2,7 mln. ton neft (kondensatla birlikdə) hasil edilib. Respublika üzrə neft hasilatının 1,6 mln. tonu AÇG-nin, 0,4 mln. tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 0,7 mln. ton təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR