AÇG-dən indiyədək 590 mln. tondan artıq neft hasil edilib

AÇG-dən indiyədək 590 mln. tondan artıq neft hasil edilib
# 14 may 2024 11:59 (UTC +04:00)

“Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları istismara veriləndən 01 may 2024-cü il tarixinədək burada 636,2 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə AÇG-dən 590,2 milyon ton neft, “Şahdəniz”dən isə 46 milyon tona yaxın kondensat çıxarılıb. Bundan 01 may 2024-cü il tarixinədək təqribən 634,2 milyon tonu ixraca nəql edilib.

Məlumata görə, 2024-cü ilin yanvar - aprel aylarında ölkədə 9,6 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Neft hasilatının 5,5 milyon tonu AÇG-nin, 1,4 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,2 mln tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 2,5 milyon ton təşkil edib.

“Bu dövrdə 7,9 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 6,9 milyon tonu konsorsiumun, 1 milyon tonu isə SOCAR-ın payına düşüb”, - məlumatda qeyd olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR