Bank Of Baku

AÇG-ə bu il 1 mlrd. dollara yaxın vəsait xərclənilib

AÇG-ə bu il 1 mlrd. dollara yaxın vəsait xərclənilib
# 03 avqust 2023 12:49 (UTC +04:00)

Bu ilin birinci yarısı ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yatağları bloku üzrə fəaliyyətlərə təqribən 232 milyon dollar əməliyyat məsrəfləri və 746 milyon dollar əsaslı məsrəflər xərclənilib (ümumi 978 milyon dollar – red.).

Bu barədə "APA-Economics" BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə bu ilin birinci yarısının nəticələrinə dair dərc etdiyi hesabata istinadən xəbər verir.

Hesabata əsasən, 2023-cü ilin birinci yarısında AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. İlk altı ay üçün AÇG-dən ümumi hasilat – “Çıraq” (23 000), “Mərkəzi Azəri” (98 000), Qərbi Azəri (91 000), “Şərqi Azəri” (61 000), “Dərinsulu Günəşli” (67 000) və “Qərbi Çıraq” (35 000) platformalarından birlikdə – gündə orta hesabla 375 000 barel və ya ümumilikdə təxminən 68 mln. barel, yəni 9 mln. ton olub.

Qeyd olunur ki, ikinci rübün sonunda AÇG-də ümumilikdə 137 neft hasilat quyusu, 44 su injektor quyusu və 7 qaz injektor quyusu istismarda olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR