Bank Of Baku

AÇG və "Şahdəniz"dən idiyədək hasil edilən neft-qazın həcmi açıqlanıb

AÇG və "Şahdəniz"dən idiyədək hasil edilən neft-qazın həcmi açıqlanıb
# 04 mart 2022 13:25 (UTC +04:00)

Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları bloku və “Şahdəniz” qaz-kondensat yatağı istismara veriləndən 1 fevral 2022-ci il tarixinədək 583 mln. ton neft (kondensatla birlikdə) hasil edilib.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə “Azəri-Çıraq-Günəşli”dən 548 mln. tondan çox neft, “Şahdəniz”dən isə təqribən 35 mln. tona yaxın kondensat çıxarılıb.

Məlumata əsasən, yataqlar istismara veriləndən 2022-ci ilin 1 fevral tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 191 mlrd. kubmetrdən çox, “Şahdəniz”dən isə 160 mlrd. kubmetrə yaxın qaz hasil edilib.

“Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın təxminən 110 mlrd. kubmetrə yaxın həcmi ixraca nəql edilib”, - məlumatda qeyd olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR