Bank Of Baku

AÇG və “Şahdəniz”dən indiyədək 403 mlrd. kubmetrə yaxın qaz hasil edilib

AÇG və “Şahdəniz”dən indiyədək 403 mlrd. kubmetrə yaxın qaz hasil edilib
# 13 iyun 2023 14:53 (UTC +04:00)

“Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları istismara veriləndən 01 iyun 2023-cü il tarixinədək burada 402,7 mlrd. kubmetr qaz hasil edilib.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə AÇG-dən 208,9 mmlrd. kubmetr, “Şahdəniz”dən isə 193,8 mlrd. kubmetr qaz hasil edilib.

“Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 136,5 mlrd. kubmetrə yaxını ixraca nəql edilib”, - məlumatda qeyd edilir.

Bildirilir ki, 2023-cü ilin yanvar-may ayları üzrə operativ məlumatlara əsasən, 5 ay ərzində Azərbaycanda 20,2 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 5,4 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 11,1 milyard kubmetri “Şahdəniz”dən, 3,7 milyard kubmetri SOCAR üzrə hasil olunub.

“Ötən ilin müvafiq dövrünə nisbətən 3 faiz, yəni 0,6 milyard kubmetr artımla qaz hasil edilib”, - məlumatda bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR