Bank Of Baku

AÇG və “Şahdəniz”dən indiyədək 610 mln. tondan çox neft ixrac edilib

AÇG və “Şahdəniz”dən indiyədək 610 mln. tondan çox neft ixrac edilib
# 11 aprel 2023 15:40 (UTC +04:00)

“Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları istismara veriləndən 01 aprel 2023-cü il tarixinədək 613 milyon tona yaxın neft (kondensatla birlikdə) hasil edilib.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə AÇG-dən 572 mln. ton neft, “Şahdəniz”dən isə 41 mln. ton kondensat çıxarılıb.

“Bundan 611 mln. tonu 01 aprel 2023-cü il tarixinədək ixraca nəql edilib”, - məlumatda qeyd olunur.

Qeyd edək ki, 2023-cü ilin 1-ci rübü üzrə ölkədə 7,7 mln. ton neft (kondensatla birlikdə) hasil edilib. Respublika üzrə neft hasilatının 4,7 mln. tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,1 mln. tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 1,9 mln. ton təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR