“Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları istismara veriləndən 1 iyul 2024-cü il tarixinədək 639,6 milyon tona yaxın neft (kondensatla birlikdə), 445,9 milyard kubmetr qaz hasil edilib.
Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, AÇG-dən 593 milyon ton neft, 222,9 milyard kubmetr qaz hasil olunub. “Şahdəniz”dən isə təqribən 223 milyard kubmetr qaz, 46,6 milyon tona yaxın kondensat hasil edilib.
“Bu yataqlardan indiyə kimi təqribən 637,6 milyon ton neft (kondensatla birlikdə), 158,8 milyard kubmetrə yaxın qaz ixraca nəql edilib”, - məlumatda qeyd olunub.