“Finex Kredit” bank olmayan kredit təşkilatının (BOKT) Müşahidə Şurasına (MŞ) təyinatlar olub.
"APA-Economics"in əldə etdiyi məlumata görə, Azad Cavadov BOKT-un MŞ-na sədr təyin edilib. O bu vəzifədə Rəşad Qasımovu əvəz edib. Bundan əlavə, BOKT-un həm də səhmdarı olan Azad Cəbrayılov (15,63% paya sahibdir) MŞ-yə üzv seçilib.
Xatırladaq ki, Azad Cavadov 2007-2017-ci illərdə Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru vəzifəsində çalışıb.