Bank Of Baku

ADY: Sahibsiz buraxılan mal-qara qatarların hərəkətinə ciddi təhlükə yaradır - VİDEO

ADY: Sahibsiz buraxılan mal-qara qatarların hərəkətinə ciddi təhlükə yaradır - VİDEO
# 11 avqust 2023 15:59 (UTC +04:00)

Bu ilin ilk 6 ayında Azərbaycanda dəmir yolunda qatarın mal-qara ilə toqquşması ilə nəticələnən 16 hadisə baş verib.

‘’Azərbaycan Dəmir Yolları’’ (ADY) QSC-dən “APA-Economics”ə verilən məlumata görə, sahibsiz buraxılan mal-qara qatarların hərəkətinə ciddi təhlükə yaradır.

“Bu il dəfələrlə heyvanların qatar yoluna çıxması halları yaşanıb. İlin ilk 6 ayında baş verən 16 hadisə isə toqquşma ilə nəticələnib”, - məlumatda qeyd olunur.

Bildirilir ki, belə toqquşmalar nəticəsində qatarlara ciddi maddi zərər dəyir, qrafikdə gecikmələr yaşanır və texniki heyətin və sərnişinlərin həyatı təhlükə altına düşür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR