Bank Of Baku

Afrikada 900 milyondan çox insan qazdan məhrumdur

Afrikada 900 milyondan çox insan qazdan məhrumdur
# 15 dekabr 2021 10:06 (UTC +04:00)

Afrikada 900 milyondan çox insan hələ də enerji mənbəyi kimi qazdan məhrumdur.

"APA-Economics"in məlumatına görə, bunu Əlcəzairin energetika və mədən naziri Məhəmməd Arkab Afrika Neft İstehsalçıları Assosiasiyasının Nazirlər Şurasının 41-ci iclasında çıxışı zamanı deyib.

"Afrikanın neft hasil edən ölkələrinin qitə əhalisini enerji ilə təmin etmək üçün səylərini birləşdirməsi vacibdir. Hazırda Afrika ölkələrində 900 milyondan çox insan hələ də qazdan məhrumdur", - nazir bildirib.

O, həmçinin neft hasil edən ölkələr arasında ətraf mühitin qorunması üçün yeni texnologiyalardan istifadə sahəsində fəaliyyətlərin əlaqələndirilməsinin zəruriliyini vurğulayıb.

Xatırladaq ki, Afrika Neft İstehsalçıları Assosiasiyası 1987-ci ildə yaradılıb. Təşkilat özündə 15 ölkəni birləşdirir: Əlcəzair, Anqola, Benin, Qabon, Konqo Demokratik Respublikası, Misir, Kamerun, Konqo, Kot-d'İvuar, Liviya, Niger, Nigeriya, Çad, Ekvatorial Qvineya. Cənubi Afrika, Seneqal və Qana təşkilatda müşahidəçi qismində iştirak edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR