Bank Of Baku

Ağcabədidə 5 kəndin elektrik şəbəkəsi yenidən qurulacaq - VİDEO

Ağcabədidə 5 kəndin elektrik şəbəkəsi yenidən qurulacaq - VİDEO
# 12 aprel 2022 14:22 (UTC +04:00)

Ağcabədinin Cəfərbəyli, Mehrablı, Ağabəyli, Şənlik və Qaradolaq kəndlərinin elektrik şəbəkəsi yenidən qurulacaq.

“Azərişıq” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, artıq rayonun Cəfərbəyli, Ağabəyli, Mehrablı kəndlərində işlərə start verilib. Növbəti mərhələdə isə Qaradolaq və Şənlik kəndlərində də işlərə başlanılacaq.
5 kənddə ümumilikdə 79 km-a yaxın 10 kV-luq, 36 km-dan çox 0,4 kV–luq elektrik xətləri yenilənəcək. Müxtəlif güclərdə 24 ədəd komplekt transformator məntəqəsi quraşdırılacaq.
Bununla da 5 kəndin ümumilikdə 1784 abonenti keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin ediləcək və itkilərin həcmi minumuma endiriləcək.
Xatırladaq ki, ASC 2022-ci ildən etibarən regionlarda yeni layihəyə start verib. Bu il ərzində ümumilikdə müxtəlif regionları əhatə edən 100-dən çox kənd və yaşayış məntəqəsinin elektrik enerji şəbəkəsi tamamilə yenidən qurulacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR