Enerji sistemində tələbatın artımı artıq çox ciddi məsələdir.
"APA-Economics" xəbər verir ki, bu barədə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) müasir bərpa olunan enerji laboratoriyasının açılış mərasimi zamanı bildirib.
“Enerji sistemində tələbatın artımı çox ciddi məsələdir. Bunun başa düşülməsi üçün standart ekstrapolyasiya üsulları artıq işləmir. Çünki süni intellekt və digər amillər enerji tələbatına təsir göstərir”, - Cavid Abdullayev qeyd edib.
Onun sözlərinə görə, Azərbaycanda artan enerji tələbatını qarşılamaq üçün kifayət qədər istehsal gücü mövcuddur: “Hazırda Azərbaycanın yetərincə enerji istehsal gücləri var və yaxın zamanda artan tələbatı qarşılamaq üçün hər hansı fövqəladə addımların atılmasına ehtiyac yoxdur”.