Agentlik rəisi: Sahibkarlar sənaye təhlükəsizliyi məsələsinə barmaqarası yanaşmamalıdırlar

Agentlik rəisi: Sahibkarlar sənaye təhlükəsizliyi məsələsinə barmaqarası yanaşmamalıdırlar
# 01 dekabr 2023 10:40 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sahibkarları sənaye təhlükəsizliyi məsələsinə barmaqarası yanaşmamağa çağırıb.

"APA-Economics" xəbər verir ki, bu çağırışı Agentliyin rəisi Vüsal Ağayev Sənaye Təhlükəsizliyi Zirvəsində çıxışı zamanı səsləndirib.

Onun sözlərinə görə, sənaye təhlükəsizliyinə sərf edilən vaxt və investisiyalar heç bir halda itməyəcək.

Agentliyin rəhbəri onu da qeyd edib ki, sənaye sektoru daim inkişafda olan sahədir və həmişə diqqət mərkəzində olmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR